Dəniz nəqliyyatı işçilərinə Prezidentin fərdi təqaüdü ayrılıb

AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev dəniz nəqliyyatı işçilərinə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamla Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Həsənov Şəmistan Hüseyn oğlu və Musayev Aslan Əjdər oğlu Prezidentin fərdi təqaüdü verilib. 

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

23.06.2018 15:56 / Baxılıb: 209 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo