Rusiya neft hasilatının artırılması barədə qərarı alqışlayır

Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə deyib ki, Rusiya OPEK+ sazişinə əsasən neft hasilatının sutkada 1 milyon barrel artırılması barədə qərarı alqışlayır.

Azadinform xəbər verir ki, nazirin sözlərinə görə, bu qərar monitorinq komitəsində işlənib hazırlanmış təkliflərə və neft bazarında nə etmək lazım olması barədə bugünkü təsəvvürlərə müvafiqdir. A.Novak daha sonra əlavə edib ki, bazar iştirakçılarının çoxu neft hasilatının artırılmasına razıdırlar.

OPEK üzvü olan ölkələrin nazirləri iyunun 22-də keçirilmiş iclasda “OPEK+” sazişi çərçivəsində neft hasilatının sutkada 1 milyon barrelə qədər artırılması barədə qərar qəbul ediblər. Bu barədə qəti qərar OPEK+ iyunun 23-də Vyanada keçiriləcək iclasında qəbul ediləcək.

23.06.2018 17:09 / Baxılıb: 199 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo