Yağış yağacaq, leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

ETSN-dən Azadinform-a verilən məlumata görə, iyunun 25-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Eyni zamanda, iyunun 24-26-da bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

23.06.2018 15:20 / Baxılıb: 271 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo