"Sınıq Körpü"də tikilən "Ticarətin Asanlaşdırılması Mərkəzi"nin inşası yekunlaşacaq

AZADİNFORM. Azərbaycan ilə Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" gömrük postunun yaxınlığında tikilən "Ticarətin Asanlaşdırılması Mərkəzi"nin inşası tezliklə yekunlaşacaq.

Azadinform-un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarəti Baş İdarəsinin böyük inspektoru Rövşən Namazov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu mərkəz Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunan “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində tikilir.

R. Namazov qeyd edib ki, bununla da "Sınıq Körpü" sərhəd-keçid məntəqəsində mal və nəqliyyat vasitələrinin sürətli keçidinə, ticarətin asanlaşdırılmasına şərait yaranacaq".

23.06.2018 15:07 / Baxılıb: 185 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo