Avtomobillərdən oğurluq edənlər saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən pul, kosmetik əşyalar və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oleq Larkov saxlanılıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini S.Rəsulova məxsus “VAZ-2107” markalı avtomobildən 349 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Əsədov tutulub.

Qeyd edilən faktlarla bağlı rayon polis idarələrində araşdırmalar aparılır.

23.06.2018 13:08 / Baxılıb: 202 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo