22 yaşlı Sabirabad sakini itkin düşüb

Eşqin Nuruşov/AZADİNFORM. Şirvanda gənc oğlan itkin düşüb.

Azadinform xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb. Bildirilir ki, Sabirabad rayonu Dadaşbəyli kənd sakini, 1996-cı il təvəllüdlü  Xancan Osmanov iyunun 4-də kənddə  yaşadığı evdən çıxaraq Şirvan şəhərinə gedib və qayıtmayıb.

Onun boyu 180 sm, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

23.06.2018 12:20 / Baxılıb: 320 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo