Ölkəmizdən içki idxalı artıb

Eşqin Nuruşov/AZADİNFORM. Bu ilin yanvar-may aylarında Azərbaycandan 6,079 mln. ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Azadinform-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,073 mln. dollar və yaxud 40,1% azdır.

5 ay ərzində içki ixracı ümumi ixracın 0,2%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 27,316 mln. dollar olub. Bu isə 1 il əvvələ nisbətən 4,152 mln. dollar və yaxud 17,9% çoxdur.

İçki idxalı ümumi idxalda 0,8%-lik paya malik olub.

23.06.2018 10:45 / Baxılıb: 163 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo