ABŞ Cənubi Koreya ilə hərbi təlim proqramlarını dayandırıb

ABŞ Cənubi Koreya ilə yaxın üç aya planlaşdırılan iki hərbi təlim proqramını dayandırıb.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun bəyanatında bildirilir.

"Sinqapurda əldə olunan yüksək səviyyəli razılaşmaların icrasına dəstək məqsədi ilə və müttəfiqimiz - Koreya Respublikasıkoordinasiya çərçivəsində müdafiə naziri Ceyms Mettis müəyyən olunmayan müddətə bəzi təlimləri dayandırıb", - deyə Pentaqonun mətbuat katibi Dana Uaytın bəyanatında bildirilir.

Qeyd edək ki, söhbət yaxın üç aya planlaşdırılan "Azadlıq müdafiəçiləri" və hərbi-dəniz mübadiləsi proqramları haqqında gedir.

23.06.2018 10:50 / Baxılıb: 177 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo