Azərbaycandan Kabulda Asan Xidmətin yaradılmasını gözləyirik

"Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir".

Bunu Əfqanıstanın xarici işlər nazirinin müavini  Nəsir Əhməd Andişa deyib. Azərbaycanın Əfqanıstanın çox mühüm tərəfdaşı olduğunu  deyən N. Andişa ötən il  keçirilən "Asiyanın Qəlbi" konfransının əhəmiyyətinə də toxunub. 

O bildirib ki, hər ay Əfqanıstandan bir ya iki yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gəlir: "İqtisadi dəhlizlərlə bağlı əməkdaşlıq məsələləri müzakirə edilir ki, bu dəhlizlər Əfqanıstandan başlayaraq, Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistandan keçir. Bunlar da ticarət əməkdaşlığı baxımından alternativ marşrutdur. Texnologiya sahəsində Azərbaycanla mövcud olan əməkdaşlığımızın vəziyyəti ilə tanış olmaq üçün burdakı şirkətlərdən birinə baş çəkəcəyəm".  

"Asan" Xidmətin əhəmiyyətini vurğulayan  Nazir müavini əlavə edib ki,  Əfqanıstanın paytaxt şəhəri Kabulda Azərbaycan səfirliyinin binası açılmalıdır: " Hazırda Azərbaycan hökumətinin bunu gerçəkləşdirəcəyini gözləyirik.  Ondan sonra əlaqələrimiz daha da genişlənəcək". 

Qeyd edək ki, Əfqanıstan XİN nazir müavini 2018 CAMCA Regional forumunda iştirak etmək üçün Azərbaycanda səfərdədir. (apa)

23.06.2018 10:40 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo