BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

BMT Baş Assambleyası (BA) Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb.

Azadinform xəbər verir ki, sənədi 64 ölkə dəstəkləyib, 14 dövlət əleyhinə çıxıb. Daha 83 ölkə isə bitərəf qalıb.

Qətnaməni Moldova irəli sürüb. Sənəddə Rusiya qoşunları xüsusi qrupu və silah-sursatının BMT-nin üzvü olan Moldovanın razılığı olmadan bu dövlətin ərazisinə yerləşdirilməsini davam etdirməsindən narahatlıq ifadə olunur.

22.06.2018 23:06 / Baxılıb: 200 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo