Ağdamda yük maşını yanıb

Ağdamda ot bağlaması daşıyan yük maşını yükü ilə birlikdə yanıb.

Xəbərə görə, hadisə rayonun Eyvazlı kəndində baş verib. 

Seymur Rəhimovun idarə etdiyi QAZ-53 markalı maşınındakı ot bağlamalarına od düşüb. Sürücü maşını yanğından xilas etməyə çalışsa da, alovu söndürə bilməyib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun qarşısını alıblar. Alov söndürülsə də,  avtomobil yararsız hala düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğına elektrik naqillərinin yük maşınındakı ot bağlamalarına toxunması olub. Faktla bağlı araşdırma aparılır. (apa)

22.06.2018 22:25 / Baxılıb: 162 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo