Almanların 40 faizdən çoxu Angela Merkelin kansler postunu tərk etməsini istəyir

Almaniya əhalisi kansler Angela Merkelin istefaya getməsi barədə vahid fikrə malik deyillər və onlar demək olar ki, tən yarı bölünüblər.

Azadinform Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu nəticə “Yougov” ictimai rəy institutunun keçirdiyi sorğuda əksini tapıb. Beləliklə, respondentlərin təxminən 43 faizi Merkelin öz postunu tərk etməli olduğunu düşünür, 42 faizi isə onun fəaliyyətini müsbət qiymətləndirir və istefa üçün əsas görmür. Bununla yanaşı, rəyi soruşulan vətəndaşların 15 faizi bu suala fikir bildirməkdən çəkinib.

Sorğunun nəticəsinə əsasən, Merkelə daha çox “yaşıllar” partiyasının tərəfdarları müsbət yanaşır. “Almaniya üçün alternativ” partiyasının tərəfdarları isə ona qarşı ən kəskin mövqedə dayanır, belə ki, onların cəmi 6 faizi Merkeli kansler postunda görmək istəyir.

Solçuları dəstəkləyən almanların demək olar ki, 50 faizi Merkelin kansler postunda vəzifəsini layiqincə yerinə yetirdiyini düşünür.

Angela Merkelin rəhbərlik etdiyi Xristian-demokratik ittifaqı (XDİ) və Xristian-sosialist ittifaqı (XSİ) alyansının tərəfdarları arasında isə ona qarşı münasibət birmənalı olmayıb. Alyans tərəfdarlarının 27 faizi Merkelin kansler postunu tərk etməsinin vaxtının çatdığını, 63 faizi isə buna ehtiyac olmadığını fikirləşir.

Rəyi soruşulan vətəndaşların 30 faizi qanunsuz miqrasiya səbəbindən hökumət koalisiyasının dağıla biləcəyini ehtimal edir. Respondentlərin 45 faizi isə öz növbəsində XDİ/XSİ alyansı və Almaniyanın sosial-demokratik partiyasından ibarət koalisiyanı yaxın gələcəkdə heç bir təhlükə gözləmədiyinə əmindir.

Bununla yanaşı, Almaniya əhalisinin yarısı hökumət koalisiyasının 2021-ci il üçün nəzərdə tutulan seçkilərə qədər mövcud olacağına şübhə ilə yanaşır.

22.06.2018 22:50 / Baxılıb: 180 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo