"Anji" Rusiya Premyer Liqasında çıxış edəcək

"Anji" klubu 2018-2019-cu illər mövsümündə Rusiya Premyer Liqasında çıxış edəcək. 

Azadinform-un "Teleqram" kanalına istinadən verdiyi məlumata görə, Mahaçqala təmsilçisi fəaliyyətini dayandıran "Amkar" klubunu əvəzləyəcək. Müvafiq qərar Moskvada Premyer Liqa klublarının ümumi yığıncağında qəbul olunub. 

"Amkar" başa çatan mövsümdə çempionatı 13-cü pillədə başa vursa da, pley-off matçında "Tambov"u məğlub edib. Amma komanda çempionatda çıxış etmək üçün maliyyə təminatını təqdim edə bilməyib və fəaliyyətini dayandırıb. 

"Anji" klubu isə Premyer Liqanı 14-cü pillədə başa vurub. Komanda pley-offda "Yenisey"ə uduzub. Lakin "Anji" reqlament şərtlərinə əməl edən yeganə komanda kimi Premyer Liqada çıxış edəcək.  

22.06.2018 22:39 / Baxılıb: 198 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo