Apple simsiz enerjidoldurma qurğusunu təqdim edəcək

“Apple” şirkəti “AirPower” adlı simsiz enerjidoldurma qurğusunu cari ilin sentyabrında təqdim edəcək.

Azadinform “iz.ru” saytına istinadən yazır ki, bu, istehsal prosesində çətinlik olması ilə izah edilir. ABŞ şirkəti qurğuların enerji ilə simsiz doldurulması texnologiyasını 2017-ci ilin sentyabrında  elan etmişdi. “Bloomberg” agentliyinin məlumatına görə, bütün bu müddət ərzində mühəndislər bir sıra problemi həll etməyə çalışıblar.

İstehsalçıların fikrinə görə, simsiz enerjidoldurma qurğusu universal olmalı və müxtəlif tip qurğuları (“iPhone”, “Apple Watch” və “AirPods”) enerji ilə doldurmalıdır. Buna görə o, bir neçə sensor və mürəkkəb komponentlər dəsti ilə təchiz edilməlidir.

22.06.2018 22:11 / Baxılıb: 184 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo