İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

“İranda 19 il əvvəl 36 polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən terrorçu həbs edilib”.

Azadinform İran KİV-inə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının narkotiklərə qarşı mübarizə polisinin komandanı, general Məsud Zahidian bildirib.

Onun sözlərinə görə, axtarışda olan bu şəxs iki gün əvvəl saxlanılıb: “Əməliyyat keçirilən zaman ondan silah və döyüş sursatı müsadirə edilib. O, 1999-cu ildə birinci dəfə tutulub. Narkotik maddəni İranşəhr şəhərinin Qurnak kəndində gizlətdiyi barədə yalan məlumat vermişdi. O zaman 36 polis əməkdaşı, o cümlədən bir general onun əlaltıları tərəfindən mühasirəyə alınaraq qətlə yetirilmişdi”.

Həmin silahlı toqquşmadan sonra adı açıqlanmayan şəxs İranı tərk edibmiş.

Qeyd edək ki, bu kənd İranın cənub-şərqində, Sistan-Bəlucistan əyalətində yerləşir.

22.06.2018 21:58 / Baxılıb: 228 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo