Kürdəmirdə 46 yaşlı kişi ağır xəsarət alıb

Kürdəmir rayonunda 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb.

Məlumata görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Mahmud Ağabala oğlu Hacıyev həyətindəki tövlənin damına ot yığarkən ehtiyatsızlıqdan yıxılıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

22.06.2018 21:38 / Baxılıb: 209 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo