Nigeriya İslandiyanı məğlub edib

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının D qrupunda ikinci turun oyunlarına yekun vurulub.

Azadinform-un məlumatına görə, Nigeriya İslandiya ilə üz-üzə gəlib. 

"Volqoqrad Arena"da baş tutan qarşılaşma Nigeriyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hər iki qolu Ahmed Musa vurub. 26 yaşlı hücumçu 49 və 75-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb. Mundialda ilk qələbəsini qazanan Nigeriya xallarının sayını 3-ə çatdırıb. İslandiya isə iki turdan sonra 1 xala malikdir.  

DÇ-2018

22 iyun

II tur

D qrupu

19:00. Nigeriya - İslandiya - 2:0 

Qol: Ahmed Musa, 49. 75

Hakimlər: Mettyu Konger, Saymon Lant (hər ikisi yeni Zelandiya), Tevita Makasini (Tonqa), Rikardo Montero (Kosta-Rika), Hiroşi Yamauçi (Yaponiya)

Volqoqrad, "Volqoqrad Arena"

22.06.2018 21:12 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo