ETSN və Azərkosmos arasında anlaşma memorandumu imzalanıb

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində (ASC) ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.  

“Azərkosmos”dan Azadinform-a verilən məlumata görə, “Azersky” peykinin təsvirləri vasitəsilə icrası davam edən üç mühüm layihə - “Meşə fonduna daxil olan torpaqlarda meşələrin mövcud vəziyyətinin monitorinqi”, “Azərbaycan Respublikası göllərinin kadastrının hazırlanması” layihələri, eləcə də “Torpaqların şoranlaşma səviyyəsinin qiymətləndirilməsi və şoranlaşma dərəcəsinin müəyyən edilməsi” üzrə pilot layihənin ilkin nəticələri qonaqlara təqdim edilib.

Görüşdə “Azərkosmos” ASC-nin dəvəti ilə Azərbaycana səfər etmiş Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) nümayəndələri Yer səthinin məsafədən müşahidəsi sahəsində təcrübələrini və həyata keçirilmiş layihələrini təqdim edib, eləcə də birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə “Azərkosmos” ASC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən, ETSN və “Azərkosmos” ASC arasında ekologiya və təbii sərvətlərin monitorinqi məqsədilə müasir və yüksək texnologiyalardan geniş istifadəyə, ətraf mühitin kosmosdan tədqiq edilməsinə və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına dair razılıq əldə olunub.

22.06.2018 20:59 / Baxılıb: 187 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo