Rusiyada helikopter qəzaya uğrayıb

Rusiyanın Xantı-Mansiysk Muxtar Vilayətində helikopter qəzaya uğrayıb.

Azadinform xəbər verir ki, bu barədə "İnterfaks" fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat verib.

"Havadan bunun "Mİ-8" helikopteri olduğu təsbit edilib. Bataqlıq ərazidə onun qalıqları aşkar edilib. Pilot, ehtimal ki, ölüb", - mənbə bildirib.

Mənbənin sözlərinə görə, helikopter neft şirkətlərindən birinə aid ola bilər.

"Helikopter infrastruktura xidmət göstərib və ola bilsin ki, texniki səbəblərə görə sərt eniş edib", - mənbə vurğulayıb.

22.06.2018 20:50 / Baxılıb: 172 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo