Qırmızı Kitaba düşən bitki Hirkan Milli Parkının ərazisində yayılıb

Samir Soltanov/AZADİNFORM. Nadir və relikt bitki olan, Azərbaycanın “Qırmızı Kitabı”na, Beynəlxalq Təbiəti Mühafizə Təşkilatının (İUCN) “nəsli kəsilmək təhlükəsi olan növlər” kateqoriyasına daxil edilən İpək akasiyası (lat.Albizia julibrissin) təbii halda Lənkəranın dağlıq hissəsində, Hirkan Milli Parkının ərazisində yayılıb və mühafizə edilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, bu növə Cənubi Qfqz, Krım, Ukryn, rt siy, İtliy, İrn, Türkiyə, Frns, Krey və Şimli merikd təsdüf olunur. 

Hirkan subtropik meşələrində yabanı halda yayılan və hündürlüyü 18 metrə qədər olan dekorativ İpək akasiyası iyun-iyul aylarında çiçəkləyir. Bu günlərdə Hirkan Milli Parkı ərazisində çiçəkləyən İpək akasiyasının şəkillərini təqdim edirik.

22.06.2018 18:50 / Baxılıb: 255 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2018
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo