TÜRKPA Türkiyədə seçkiləri izləyəcək

Samir Soltanov/AZADİNFORM. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçilər missiyası Türkiyədə iyunun 24-də keçiriləcək prezident və parlament seçkilərini izləyəcək. 

TÜRKPA-dan Azadinform-a verilən məlumata görə, missiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentlərinin üzvləri daxildir. 

Müşahidəçilər səsverməni yerində izləmək üçün Ankarada bir neçə müşahidə məntəqələrini ziyarət edəcəklər. 

İyunun 22-də müşahidəçilərin Respublika Xalq Partiyasının (CHP) sədr müavini Tekin Bingöl, Yüksək Seçki Şurasının sədri Sadi Güven, Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədr müavini Mevlüt Karakaya, Ədalət və İnkişaf Partiyasının sədr müavini (AKP) Naci Bostancı ilə görüşləri nəzərdə tutulub. 

İyunun 25-də isə TÜRKPA nümayəndələri seçkilərin yekununa dair mətbuat konfransı keçirəcəklər.

22.06.2018 18:40 / Baxılıb: 223 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo