Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşüb Foto

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ayaqüstü görüş olub. 

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Twitter” səhifəsində yazıb. Nazirlərin ilk görüşündən foto paylaşan T.Balayan, “Ermənistan XİN başçısı Zöhrab Mnaçakanyan həmkarları ilə, eləcə də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb, ünsiyyət qurur”, şərhini əlavə edib. 

Qeyd edək ki, E. Məmmədyarov "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Belarusun paytaxtı Minsk şəhərində səfərdədir. (apa)

22.06.2018 18:02 / Baxılıb: 224 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo