İlham Əliyev Lüksemburq Hersoquna təbrik məktubu yazıb

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə məktub göndərib.

Azadinform xəbər verir ki, məktubda deyilir:

Əlahəzrət, Lüksemburqun milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram.

22.06.2018 17:20 / Baxılıb: 225 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo