Azərbaycan Aİ ilə əməkdaşlıq haqqında yeni tərəfdaşlıq sazişi hazırlayır

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə 2020-ci ilədək əməkdaşlıq haqqında yeni tərəfdaşlıq sazişi hazırlayır. 

Məlumata görə, bunu Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiyasında GEANT multigiqabit şəbəkəsinin roluna həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. Nazir müavini bildirib ki, sənəddə əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən elm və təhsil sahəsində əməkdaşlıq əks olunacaq: “Sənəd üzərində iş yaxın günlərdə başa çatacaq və iyul ayında Aİ-ə baxış üçün təqdim ediləcək”. 

Nazir müavini qeyd edib ki, Azərbaycanla Aİ arasında müxtəlif sahələri əhatə edən bir çox sənəd imzalanıb: “Azərbaycanla Avropanın əməkdaşlığı müsbət səviyyədə davam edir. İndi yeni strateji sazişin hazırlanması ilə bağlı danışıqlar aparılır. Bu, üç hissədən ibarətdir: siyasət və təhlükəsizlik, ticarət və investisiyalar, üçüncüsü sektoral istiqamət. Bu, öz növbəsində, energetika, iqtisadiyyat, nəqliyyat, elm və digər sahələri əhatə edir”. 

M. Məmməd-Quliyev əlavə edib ki, Azərbaycan tərəfi bu strateji sənədə digər tərəfdaş sazişləri vasitəsilə diqqət cəlb etməyə çalışacaq ki, bu sazişlərdən biri də 2020-ci ilədək tərəfdaşlıq sənədidir. (trend)

22.06.2018 16:53 / Baxılıb: 201 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo