Biləcəridə N saylı hərbi hissədə Milli Ordunun 100-cü ildönümü qeyd edilib Fotolar

Samir Soltanov/AZADİNFORM. Binəqədi rayonu, Fövqəladə Hallar Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində  Milli Ordunun yaranmasının 100-cü ildönümünə həsr edilmiş tədbir keçirildi. 

Azadinform xəbər verir ki, tədbirdə  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Hərbi Hissə komandirinin müavini Polkovnik-leytenant Zabil Əliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Hərbi Hissəsinin zabit və əsgər heyəti iştirak etdi. 

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov tədbiri açıq elan edərək son illər ərzində Azərbaycanın hərbi potensialını xeyli artdığını, ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıqların gətirildiyini və hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğunu qeyd etdi. Çıxış edən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Hərbi Hissə komandirinin müavini Polkovnik-leytenant Zabil Əliyev Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrimizin son illər sürətlə inkişaf etdiyini, bu gün ordu quruculuğunun dövlətimizin başçısının diqqət mərkəzində olduğunu bildirdi. 

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü və qüdrətini düşmənə və bütün dünyaya nümayiş etdirdiyini dedi. Natiq düşmən təxribatlarının qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində işğal altındakı mühüm əhəmiyyətə malik yüksəkliklərin azad edildiyini, bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadətin xalqımızın yaddaşında həkk olunduğunu, Aprel hadisələri zamanı Silahlı Qüvvələrimizə ən yüksək qiyməti Ali Baş Komandan İlham Əliyevin verdiyini dedi. 

Sonda ordu sıralarında xidmətdə fərqlənən bir qrup zabit və əsgər Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin Fəxri fərmanları ilə təltif edildi. Tədbir tanınmış sənət nümayəndələrinin ifasında musiqili proqramla davam etdirildi.

22.06.2018 16:08 / Baxılıb: 400 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo