Messi tayı-bərabəri olmayan futbolçudur Modriç

Samir Soltanov/AZADİNFORM. Xorvatiya yığmasının kapitanı, “Real”ın yarımmüdafiəçisi Luka Modriç Argentina yığmasının və “Barselona” klubunun forvardı Lionel Messi barədə fikrini bölüşüb. 

Azadinform xəbər verir ki, yarımmüdafiəçi Lionel Messinin tayı-bərabəri olmayan futbolçu olduğunu bildirib: “Amma o, təkbaşına qalib gələ bilməz. Futbolda oyunçuya dəstək lazımdır”. 

Xatırladaq ki, Xorvatiya yığması 2018-ci ilin dünya çempionatının qrup mərhələsində 3:0 hesabı ilə Argentina yığmasını məğlubiyyətə uğradıb.

22.06.2018 15:15 / Baxılıb: 208 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo