MM-in növbədənkənar sessiyada son iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyada iyunun 29-da keçiriləcək son plenar iclasının gündəliyi məlum olub. 

Məlumata görə, iclasın gündəliyinə 35 məsələ daxildir. 

Bunlar “Polis haqqında”, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında”, “Büdcə sistemi haqqında”, “İcra haqqında”, “Dövlət rüsumu haqqında” və bir sıra qanunlara, Vergi, İnzibati Prosessual, Cinayət, Mülki, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər, o cümlədən “Məşğulluq haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikasında dövlət daktikloskopik və genom qeydiyyatı haqqında” (üçüncü oxunuş). “Azərbaycan respublikası Hesablama Palatası haqqında (üçüncü oxunuş) qanunlar və sair məsələlərdir. (apa)

22.06.2018 14:05 / Baxılıb: 199 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo