Yol qəzası can aldı - Zərdabda

AZADİNFORM. Zərdab rayonunun Burunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Azadinform-a verilən məlumata görə, iyunun 21-də saat 10 radələrində rayon sakini Nurlan Məhərrəmovun idarə etdiyi “VAZ-2107” və Mingəçevir şəhər sakini Rakif Yunusovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.

Nəticədə R.Yunusov hadisə yerində ölüb, xəsarət almış 2 sərnişini, habelə N.Məhərrəmov xəstəxanaya yerləşdiriliblər.

Zərdab RPŞ tərəfindən araşdırma aparılır.

22.06.2018 13:32 / Baxılıb: 201 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo