Nazirlik: Sahibkarlar ağacları bir gecədə kəsərək məhv edir

Şəfa Tapdıq/AZADİNFORM. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaşıllaşdırma işləri ilə bağlı müzakirə təşkil olunub.

Azadinform xəbər verir ki, nazirliyin sözçüsü İradə İbrahimova yaşıllığa münasibətin o qədər də ürəkaçan olmadığını bildirib: “Hər bir ağacın əkib-becərilməsinə təxminən 30 il vaxt lazımdır. Amma hansısa sahibkar ağacı bir gecədə kəsərək məhv edir. Ağacların kəsilməsi və qurudulması ilə bağlı ən çox şikayət daxil olan rayonlar Bakı şəhərinin Nəsimi, Xətai, Suraxanı, Sabunçu, Yasamal rayonlarıdır”.

İ. İbrahimova onu da deyib ki, regionlar arasında isə Kürdəmir, İmişli, Qazax, Qəbələ, İsmayıllı və Qubadan ağac kəsintisi halları ilə bağlı daha çox müraciət daxil olur.

22.06.2018 12:04 / Baxılıb: 347 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo