7 min manat oğurlayan şəxs tutulub - Gəncədə

AZADİNFORM. DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhəri ərazisindəki kompüter satışı mağazalarının birindən pul oğurlanması və orada yanğın törədilməsi barədə müraciət daxil olub.

DİN-dən Azadinform-a verilən məlumata görə, dərhal hadisə yerinə gələn Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və mağazadan 7000 manat pulun oğurlandığı, habelə oradakı 1 ədəd kompüter və onun hissələrinin yandırıldığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini Fərid Cəfərov olduğu məlum olub. Mağazadan oğurlanmış həmin məbləğdə pul maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı araşdırma aparılır.

22.06.2018 11:56 / Baxılıb: 211 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo