OPEC: Neftə tələbat ikinci rübdə daha çox olacaq

Samir Soltanov/AZADİNFORM. “Bu ilin ikinci rübündə neft tələbatı birinci rübdəkindən gündəlik 2 milyon barrel çox olacaq”. 

Azadinform xəbər verir ki, bu sözləri Avstriyanın paytaxtı Vyanada keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclasında Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Al Falih deyib. Səudiyyəli nazir bildirib ki, JMMC həm istehsalçılar, həm də istehlakçıların xeyrinə bazar sabitliyini inkişaf etdirmək üçün mühüm nəticələr verən səylərini davam etdirir: “Müzakirələrimiz bazarda neft təklifinə dair çatışmazlığın yarandığı dövrə təsadüf edir və bu, son 5-7 ilin orta göstəricisindən aşağı düşən neft ehtiyatları fonunda baş verir. Əsas istehlakçı ölkələrin OPEC və tərəfdaşlarının qərar qəbul edərkən bu vacib amili nəzərə almaları üçün çağırışlar var”. 

O qeyd edib ki, ötən yarım il ərzində üzv ölkələrin öhdəliyə sadiqliyi 100 faizdən çox olub və nəticədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ehtiyatları təxminən 370 milyon barrel azalıb. Bu ilin ikinci rübündə neft tələbatı birinci rüblə müqayisədə gündəlik 2 milyon barrel çox olacaq: “Son iki il ərzində ümumi tələbatın həcmi 3 milyon barreldən çox artıb, təklif isə gündəlik 2,8 milyon barrel azalıb. OPEC-in analizi göstərir ki, heç bir tədbir görmədiyimiz halda ilin ikinci yarısında tədarükün həcmi gündəlik 1,7 milyon barrel artacaq və OECD üzrə ehtiyatlar da daha 300 milyon barrel azalacaq. Bu, artan neft tələbatına mənfi təsir göstərə bilər. ABŞ-da şist nefti istehsalında əsas rol oynayan “Permian” boru kəmərləri infrastrukturu və resurs çatışmazlığı səbəbindən əhəmiyyətli dərəcədə aşağı təzyiqə məruz qalmaqdadır. Yəni, bu maneələr aradan qaldırılana qədər ABŞ-da şist neftinin istehsalının artması qarşıdakı iki il ərzində əhəmiyyətli dərəcədə yavaşlayacaq”.

22.06.2018 11:36 / Baxılıb: 233 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo