Sabirabadda ağac kəsən şəxs cərimələnib

Adəm Abbaslı/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı-Horadiz dəmir yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazinin mühafizə zolağında köküstə yaş 1 ədəd iydə ağacının Sabirabad rayon sakini Elvin Mirzəyev tərəfindən kəsildiyi aşkar olunub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, 2500 manat məbləğində cərimə edilib.

22.06.2018 11:00 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo