Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

Adəm Abbaslı/AZADİNFORM. Respublika ərazisində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 10:00-dan axşam saatlarınadək Bakı-Quba avtomobil yolunun 45-52 kilometrliyində (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə Azadinform-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda deyilir ki, sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

22.06.2018 10:52 / Baxılıb: 374 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo