Əmircan sakinindən 1 kiloqramdan çox heroin götürülüb

Samir Soltanov/AZADİNFORM. Daxili işlər orqanları tərəfindən saxlanılan şəxslərdən külli miqdarda narkotik götürülüb. etdirilir.

DİN-dən Azadinform-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramil Əliyevdən çəkisi 1 kiloqram 102 qrama yaxın narkotik vasitə olan heroin götürülüb. 

Sumqayıt ŞPİ-nin 3-cü və 4-cü Polis bölmələri əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri tədbirlərlə saxlanılan H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elbrus Hümmətovdan 430 qram, şəhər sakini, əvvəllər məhkum olunmuş Səfər Əliyevdən isə 485 qram marixuana aşkar edilərək götürülüb. 

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb. Bu istiqamətdə tədbirlər davam edir.

22.06.2018 10:45 / Baxılıb: 238 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo