Bakıda 2018 CAMCA Regional Forumu keçirilir

Bakıda 2018 CAMCA Regional Forumu başlayıb.

Forum iki gün davam edəcək.

Bakı Forumunun beynəlxalq iştirakçıları arasında Dünya Bankının sabiq prezidenti Pol Vulfovitz, Özbəkistanın sabiq xarici İşlər naziri Sodiq Sadoyev, ABŞ-ın Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun sədri Frederik Star, Gürcüstan baş nazirinin xarici siyasət üzrə müşaviri Tedo Caparidze və digərləri var. Müzakirələrdə Azərbaycanın baş naziri Novruz Məmmədov, vergilər naziri Mikayıl Cabbarov, təhsil naziri Ceyhun Bayramov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov və digərlərinin çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, CAMCA (Central Asia-Mongolia-Caucasus-Afghanistan) Regional Forumu geniş Mərkəzi Asiya coğrafiyasında iqtisadi artım və inkişaf məsələlərini işıqlandıran müzakirə platformasıdır. Forum ABŞ-ın Ramsfeld Fondu tərəfindən hər ilin yaz və payız fəsli elan edilən Mərkəzi Asiya-Qafqaz təqaüd proqramının məzunları üçün şəbəkələşmə məqsədi daşıyır. 2008-ci ildən etibarən təqaüd proqramında Azərbaycandan 17 nəfər iştirak edib. Bakı Forumunda Azərbaycan və digər ölkələrdən 120-yə yaxın CAMCA məzunu iştirak edəcək.

Bu ilki CAMCA Forumu bölgə dövlətləri ilə yanaşı, 20 müxtəlif ölkənin yüksək səviyyəli hökumət, biznes sektoru və elmi dairələrin nümayəndələrini bir araya toplayıb. ADA Universiteti bu günlərdə 250-dən çox forum iştirakçısını qəbul edəcək. CAMCA Forumu Bakıda ilk dəfədir keçirilir. Bundan əvvəlki forumlar 2017-ci ildə Düşənbə, 2016-cı ildə Tbilisi, 2015-ci ildə Ulan-Bator və 2014-cü ildə Astanada təşkil edilib.

22.06.2018 10:00 / Baxılıb: 245 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo