Instagram istifadəçilərinin sayı açıqlandı

Foto və videoların mübadiləsi üçün "Instagram" xidmətinin istifadəçilərinin sayı 1 milyard olub. Bu haqda xidmətin saytında məlumat verilib.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, məlumatda deyilir ki, "Instagram" – indi 1 milyard istifadəçini birləşdirən qlobal bir cəmiyyətdir. "Biz 2010-cu ildən etibarən cəmiyyətimizin inkişafı üçün mümkün olan hər şeyi etmişik" – sənəddə deyilir. Bu, bizim üçün böyük nailiyyətdir, hamınıza təşəkkür edirik!"

Həmçinin 20 iyunda tərtibatçılar tərəfindən təqdim edilmiş "IGTV" adlı yeni proqramın köməyi ilə müddəti 1 saatadək olan şaquli videolar yerləşdirmək və izləmək mümkün olacaq. Bir neçə həftə ərzində istifadəçilər üçün əlçatan olacaq mobil proqram "Android" və "iOS" əməliyyat sistemlərində işləyəcək.

21.06.2018 23:45 / Baxılıb: 256 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo