ABŞ iki ədəd F-35 qırıcı təyyarəsini Türkiyəyə təhvil verib

Bu gün ABŞ-ın Texas ştatında Amerika istehsalı olan 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarə Türkiyə nümayəndə heyətində təhvil verilib.

Azadinform-un xəbərinə görə, Fort Uert şəhərində təşkil olunmuş təntənəli mərasimdə istehsalçı “Lockheed Martin” şirkətinin nümayəndələri və yüksək rütbəli türkiyəli hərbçilər iştirak edib.   

Məlumata görə, təyyarələr daha sonra türk pilotlarının təlim keçəcəyi ABŞ Hərbi-Hava Qüvvələrinin Arizona ştatındakı “Lyuk” aviabazasına göndəriləcək.  

Proqrama əsasən, ABŞ Türkiyəyə 100-dən çox “F-35” təyyarəsi tədarük edəcək.

Qeyd edək ki, ABŞ rəsmiləri bundan əvvəl Türkiyənin Rusiya istehsalı olan “S-400” raket-zenit kompleksi və “Su-57” tipli qırıcı təyyarələr əldə etmək planına görə Ankaranın “F-35” qırıcı təyyarə layihəsində iştirakını təhlükə altına qoyduğunu bəyan etmişdi. 

21.06.2018 23:08 / Baxılıb: 236 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo