Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq

Gürcüstanda daha 3 nazirlik ləğv ediləcək.

Bunu jurnalistlərə açıqlamasında ölkənin ədliyyə naziri Teya Tsulukiani bildirib.

Nazir deyib ki, bu gün hökumətdə struktur dəyişiklikləri ilə bağlı məsləhətləşmələr aparılıb. Müzakirələr başa çatdıqdan sonra baş nazir Mamuka Baxtadze yeni struktur dəyişiklikləri və ləğv olunacaq nazirliklər barədə siyahını təqribən 20 gün sonra parlamentə təqdim edəcək.

Bundan sonra parlament yenidən hökumətə etimad göstərməlidir.

Məlumat üçün qeyd edək ki, iyunun 20-də parlament Mamuka Baxtadzeni baş nazir postuna təsdiq edib. Eyni zamanda, parlamentdə hökumətin yeni strukturunu və inkişaf proqramını təsdiq edilib. Parlamentdə yeni hökumətin lehinə 99, əleyhinə isə 6 deputat səs verib.

Yeni baş nazir hökumət başçısı kimi çıxışı zamanı hökumətin tərkibində dəyişikliklər olunacağını və bunun 6 nazirliyi əhatə edəcəyini bildirib. (report)

21.06.2018 21:48 / Baxılıb: 224 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo