Türkiyədə gecə klubunda atışma olub, ölənlər və yaralananlar var

Türkiyədə gecə klubunda atışma olub.

Azadinform xəbər verir ki, bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Bodrum şəhərində, "Medusa" gecə klubunda qeydə alınıb. Hadisə zamanı 2 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Qeyd edilir ki, hadisəni 4 nəfər törədib. Atəş zamanı klubun rəhbəri Mehmet Sürensey və müğənni Hacər Tüllü öldürülüblər. Atışma zamanı yaralananlar da Türkiyə vətəndaşlarıdır. Cinayəti törədənlər hadisə yerindən qaçaraq gizlənsələr də, sonradan Manisadakı yol polisi postunda saxlanılıblar. 

Hücumun səbəbləri aydınlaşdırılır.

21.06.2018 22:17 / Baxılıb: 218 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo