Deputatlarımız Türkiyədə prezident seçkilərini izləyəcək

AZADİNFORM. İyunun 24-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan Milli Məclisinin (MM) bir qrup deputatı bu ölkəyə səfər edəcək.

MM-dən Azadinform-a verilən məlumata görə, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlar Səttar Möhbalıyev və Şəmsəddin Hacıyev Milli Məclisin xətti ilə, millət vəkilləri İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyası, Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyası missiyalarının tərkibində seçkilərə qatılacaqlar.

Deputatlar Ankaranın seçki məntəqələrində aparılan hazırlıq işləri ilə tanış olacaq, prosesin gedişatını, vətəndaşların fəallığını yaxından izləyəcəklər.

Səfər iyunun 25-də başa çatacaq.

21.06.2018 20:38 / Baxılıb: 247 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo