Türkiyə ABŞ-dan idxal olunan bəzi məhsullara gömrük rüsumu tətbiq edib

Türkiyə ABŞ-a qarşı cavab tədbirləri görməyə başlayıb.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi məlumat verib. 

O, ABŞ-ın tətbiq etdiyi kömür taariflərinə qarşı Türkiyənin də 266.5 dollar həcmində cavab addımı atdığını bildirib: "Bu, ABŞ kömürü, kağızı, qoz, badam, tütün, düyü, viski, avtomobillər, kosmetika, maşın avadanlıqları və neft-kimya məhsullarına tətbiq edilib".

N.Zeybekçi bildirib ki, rüsumlar Türkiyənin maraqlarını qoruyur.

Xatırladaq ki, ABŞ martda polada 25 faiz, alüminiuma isə 10 faiz idxal vergiləri tətbiq edib.  

21.06.2018 20:11 / Baxılıb: 253 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo