DGK və ASK arasında əməkdaşlıq memorandumu imzalanıb

AZADİNFORM. Bu gün Bakıda iş adamları ilə "Gömrük və sahibkarlıq" mövzusunda görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Azadinform-a verilən məlumata görə, tədbiri Komitə və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) birgə təşkil edib.

Görüşdə Komitənin sədri Səfər Mehdiyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, ASK-nın prezidenti Məmməd Musayev iştirak ediblər. 

Görüşün sonunda DGK və ASK arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi S.Mehdiyev və M.Musayev imzalayıblar.

21.06.2018 19:06 / Baxılıb: 223 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo