Sumqayıtda məskunlaşan məcburi köçkünlər üçün yaşayış kompleksi tikilir

Samir Soltanov/AZADİNFORM. Sumqayıtda yataqxanalarda və digər obyektlərdə ağır şəraitdə yaşayan 2900 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti işləri aparılır. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Azadinform-a verilən məlumata görə, bu məqsədlə Abşeron rayonu ərazisindən Komitəyə ayrılmış 50,0 ha torpaq sahəsində,  birinci mərhələdə, daha ağır şəraitdə yaşayan 1000 ailə üçün 24 ədəd 7 mərtəbəli binadan ibarət yaşayış kompleksi inşa edilir. 

Kompleksə 792 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası,  ikimərtəbəli inzibati bina ( yerli icra strukturları, mənzil-istismar xidməti və s. üçün), həkim məntəqəsi, klub-icma mərkəzi və ATS binası da daxildir.  Burada aparılan tikinti  işlərinin 2018-ci ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulub.

21.06.2018 18:43 / Baxılıb: 377 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo