Elmar Məmmədyarov belaruslu həmkarı ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Belarusda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov belaruslu həmkarı Vladimir Makey ilə görüşüb. 

XİN-in mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə edilib. Tərəflər ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin olduğunu vurğulayıb. 

Qeyd edək ki, E. Məmmədyarov iyunun 21-22-də Belarusun paytaxtı Minsk şəhərində "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Tədbir çərçivəsində E. Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

21.06.2018 16:15 / Baxılıb: 218 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo