Kamerun və Tunis prezidentləri İlham Əliyevə məktub yazıb

Adəm Abbaslı/AZADİNFORM. Kamerun Respublikasının Prezidenti Pol Biya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

Azadinform xəbər verir ki, məktubda deyilir:

Cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Gününün yaratdığı xoş fürsətdən istifadə edərək Sizə səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsi də Prezident İlham Əliyevə məktub yazıb. Məktubda deyilir:

Cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Tunis xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulamaqdan böyük məmnunluq hissi keçirirəm.

Mən, həmçinin fürsətdən istifadə edərək, dost xalqlarımızın qarşılıqlı marağı naminə ikitərəfli münasibətlərimizi daha da inkişaf etdirmək üçün Zati-alinizlə birgə işləmək arzusunda olduğumu bildirməkdən məmnunluq duyuram.

21.06.2018 15:38 / Baxılıb: 249 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo