İranın mədəniyyət və islami irşad naziri Azərbaycana gələcək

Samir Soltanov/AZADİNFORM. Azərbaycanda İran Mədəniyyət Günləri keçiriləcək. 

Mədəniyyət Nazirliyindən Azadinform-a verilən məlumata görə, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəni Mübadilə Proqramı”na əsasən 27 iyun - 1 iyul 2018-ci il tarixində Azərbaycanda İran İslam Respublikasının Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılıb. 

Tədbir çərçivəsində İran İslam incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulub. İran Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və insanların bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurulmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə xidmət edəcək. 

Mədəniyyət Günləri çərçivəsində İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılığı altında İranın tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfərə gələcək.

21.06.2018 13:45 / Baxılıb: 486 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo