Narkotiklərin qanunsuz satışı ilə məşğul olan ailə saxlanılıb Foto

Samir Soltanov/AZADİNFORM. Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb. 

Azadinform xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Məlumata görə, Balakən rayonu Talalar kənd sakini Mikayıl Puçaxova məxsus həyətyanı sahəyə baxış keçirilən zaman orada istixanalarda aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 19 ədəd narkotik tərkibli çətənə bitkisi şitilləri, 24 ədəd eyniadlı bitkinin kökləri və 6,89 qram ağacın dibinə sərilmiş qurudulmuş marixuana aşkar edilib. Eləcə də onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb. M.Puçaxov və onun ailə üzvləri şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. 

Faktla bağlı araşdırma aparılır.

21.06.2018 11:06 / Baxılıb: 292 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo