Əlahiddə Ümumqoşun Orduda növbəti komanda-qərargah təlimi keçirilir

AZADİNFORM. Əlahiddə Ümumqoşun Orduda ərazidə kompüter dəstəkli olmaqla növbəti komanda-qərargah təlimi keçirilir.

Bu barədə Azadinform-a Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, 2018-ci ilin hazırlıq planına uyğun olaraq, iyunun 18-dən başlayan komanda-qərargah təlimində qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, praktiki fəaliyyətə cəlb edilmiş bölmələr tərəfindən döyüş atışlarının icra edilməsi və qəbul edilmiş qərarların Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması məşq etdirilir.

Məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Təlim iyunun 24-dək davam edəcək. 

20.06.2018 22:05 / Baxılıb: 232 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo