| |||||
DÇ-2018: İki komanda 1/8 finala vəsiqə qazandıRusiyada keçirilən futbol üzrə dünya çempionatının A qrupunda ikinci turun oyunlarına yekun vurulub. Azadinform-un məlumatına görə, Uruqvay millisi Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. Qarşılaşma Uruqvayın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 23-cü dəqiqədə Luis Suares vurub. Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran komanda Rusiya millisi ilə birgə 1/8 final mərhələsinə vəsiqəni təmin edib. İki oyuna xal toplaya bilməyən Misir və Səudiyyə Ərəbistanı yığmaları növbəti mərhələ şanslarını itiriblər. DÇ-2018, A qrupu, II tur 19:00. Uruqvay - Səudiyyə Ərəbistanı 1:0 Qol: Luis Suares, 23 Hakimlər: Kleman Turpen, Nikola Dano, Siril Qrinqor (hamısı Fransa), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama) Rostov-Don, "Rostov Arena"
20.06.2018 21:37 / Baxılıb: 262 /
Bu bölmədə ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() 20.02.2019
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |