Fazilətin qızı ən çətin səhnəsindən danışıb

AZADİNFORM. Star TV-də yayımlanan və bu yaxınlarda final edən, ölkəmizdə də izlənən serial “Fazilət xanım və qızları”nın “Hazanı” Dəniz Baysal izləyicilərdən gələn sualları cavablandırıb. 

Azadinform xəbər verir ki, o, 37-ci seriyada “Yağız”la (Çağlar Ərtuğrul) birgə məzara girməli olduğu səhnələrdə çox çətinlik çəkdiyini, çox qorxduğunu bildirib. Deyib ki, məzarı görənə qədər bu dərəcədə narahat deyilmiş. Gördükdən sonra isə həddindən artıq həyəcan keçirdib və dəfələrlə məzardan çıxaraq dua oxuyub: “Bir çox cəhddən sonra nəhayət ki çəkə bildik. Amma çox əziyyət çəkdim, çox qorxdum”.

20.06.2018 19:00 / Baxılıb: 265 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo